DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Annalena Berbok: Azərbaycan Almaniyanın dəstəyinə arxayın ola bilər

Almaniya XİN rəhbərinin sözlərinə görə, Azərbaycan bununla da iqlim mühafizəsi ilə bağlı üzərinə böyük məsuliyyət götürüb.
Sputnik
BAKI, 25 aprel — Sputnik. "Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir".
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində brifinqdə deyib.
XİN rəhbərinin sözlərinə görə, Azərbaycan bununla da iqlim mühafizəsi ilə bağlı üzərinə böyük məsuliyyət götürüb.
Berbok qeyd edib ki, bu tədbir çərçivəsində Azərbaycan Almaniyanın dəstəyinə arxayın ola bilər.
"Mən əmin olmaq istərdim ki, bu yol - Berlindən Bakıya olan iqlim körpüsü həm də Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək, sülh üçün körpü olacaq" - nazir vurğulayıb.