BAKI, 25 aprel — Sputnik. ABŞ-də yanacağa tələbatın azalması əlamətləri Yaxın Şərqdəki münaqişə risklərini kompensasiya etdiyi üçün neft qiymətləri stabilləşib.
"Brent" markalı neft 18 sent artaraq 88,20 dollar, ABŞ-nin Qərbi Texas nefti 13 sent artaraq 82,94 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 16 sent artaraq 89,49 dollar təşkil edib. Digər tərəfdən, Yaxın Şərqdə gərginliyin artacağı gözlənilir. Bu da neft tədarükünü poza biləcək daha geniş münaqişə riskini artıra bilər.
Qeyd edək ki, keçən həftə ABŞ-də neft ehtiyatlarının gözlənilməz şəkildə azalması qiymətlərin yüksəlməsinə təsir edib. Analitiklər isə 800 min barel artım gözləyirdilər.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
24.04.24, 11:11
ABŞ-də neft ehtiyatının gözlənilməz şəkildə azalması "qara qızıl"ı bahalaşdırıb
Dünya bazarlarında neft qiymətləri bahalaşıb. Keçən həftə ABŞ-də neft ehtiyatlarının gözlənilməz şəkildə azalması qiymətlərin yüksəlməsinə təsir edib. Analitiklər isə 800 min barel artım gözləyirdilər.
"Brent" markalı neft 5 sent artaraq 88,47 dollar, ABŞ-nin Qərbi Texas nefti 8 sent artaraq 83,44 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,03 dollar artaraq 89,33 dollar təşkil edib.
Digər tərəfdən, ABŞ-də faiz dərəcələrinin aşağı salınması iqtisadi artımı və bu da öz növbəsində neftə olan tələbi gücləndirə bilər.
Analitiklər hələ də Yaxın Şərqdəki münaqişəyə diqqət yetirirlər, baxmayaraq ki, neft tədarüklərinə təsiri hələlik məhdud olaraq qalır.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.