RUSİYA

Aİ-nin Ermənistandakı missiyasının əsas hədəfi casusluqdur - Rusiya XİN-in rəsmisi

XİN rəsmisinin sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Qərb ölkələri Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə daxil olmağa çalışmırlar.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Qərb regiona təsir göstərərək öz iqtisadi mənfəətini qazanmağa və sabitliyi pozmağa çalışır: "Bu cür tendensiyalar, şübhəsiz ki, regionda qüvvələr balansını pozur və müvafiq razılaşmalar əsasında qurulmalı olan sülh nizamlanmasına xələl gətirir".
Zaxarova deyib ki, Rusiya Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının əsl hədəflərinə heç vaxt şübhə etməyib.
XİN rəsmisinin sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub: "Aİ missiyasının fəaliyyətinə gəlincə, biz onun əsl mahiyyətinə heç vaxt şübhə etməmişik. Bu, casusluq fəaliyyətini həyata keçirmək vəzifəsidir. Bu barədə bir neçə dəfə danışmışıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.