BAKI, 24 aprel — Sputnik. Əfqanıstanda hakimiyyətə gələn "Taliban"* hərəkatının lideri Heybətullah Axundzadə İŞİD və digər silahlı qruplaşmalarla mübarizə üçün xüsusi bölmənin yaradılması barədə göstəriş verib.
"Afghanistan International" portalı xəbər verir ki, Heybətullah Axundzadə hərbi komissiyaya göndərdiyi məktubda hazırda işsiz qalan döyüşçülərin həmin bölməyə səfərbər edilməsini tapşırıb.
Xüsusi bölmə müasir avadanlıqlarla təchiz olunacaq və kəşfiyyat məlumatları əsasında əməliyyatlar həyata keçirəcək.
Əfqanıstan Daxili İşlər Nazirliyi yerli hakimiyyət orqanlarından işsiz "Taliban" üzvlərinin siyahısını hazırlamağı tələb edib. Onlar hərəkatın keçmiş döyüşçülərinin müxtəlif qruplaşmalara qoşulmasından narahatdırlar.
* Rusiyada fəaliyyəti qadağan olunub
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.