BAKI, 24 aprel — Sputnik. Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov və Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Szyun Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət vurğulanmaqla, Yaxın Şərq gündəminin ən aktual məsələləri üzrə məxfi fikir mübadiləsi aparılıb, Yaxın Şərq və Afrikadakı böhranların dinc yolla həlli naminə birgə səyləri sıxlaşdırmaq niyyəti bir daha təsdiqlənib", - Rusiya XİN-in məlumatında deyilir.
Görüş xarici işlər nazirlərinin müavinləri ilə BRİKS ölkələrinin Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndələri arasında məsləhətləşmələr çərçivəsində baş tutub.
Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.