BAKI, 24 aprel — Sputnik. Əvvəllər Rusiyanın Ukraynaya qarşı təcavüz etdiyini iddia edən qərbyönlü ölkələr indi Moskvanın dərc etdiyi faktlar sayəsində fikirlərini dəyişib. Onlar indi etiraf edirlər ki, Rusiya Federasiyası özünü müdafiə etmək məcburiyyətində qalıb. Bunu Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev deyib.
O, Sankt-Peterburqda təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin XII beynəlxalq toplantısında keçirilən sərgi çərçivəsində Ukrayna nasizmini pisləyən sərgiyə baş çəkib
Patruşevin sözlərinə görə, bu ekspozisiya çox faydalıdır və Rusiyanın sübutları xaricdə eşidilir.
"Əvvəllər Rusiyanın Ukraynada təcavüzü törətdiyinə inananların çoxu indi öz baxışlarını dəyişib və onlar deyirlər: "Xeyr, Rusiya özünü müdafiə edib" və özünü müdafiə etmək məcburiyyətində qalıb, Rusiya hücum etməyib", - Patruşev sərgiyə baxışdan sonra jurnalistlərə bildirib.
"Bu, bizim üçün çox vacibdir. Bu müzakirələr bizə obyektiv mövqe tutmağa kömək edir", - deyib.
Patruşevin sözlərinə görə, bu ölkələr Kiyev rejimini kimin maliyyələşdirdiyini çox yaxşı başa düşürlər:
"Qərbyönlü mövqe tutan ölkələr də həqiqəti başa düşürlər, sadəcə deyirlər ki, bizə zəng etməyin. Onlara qarşı sanksiyalar tətbiq olunsa, çətin olacağından qorxurlar".
Sərginin foto və video materialları faşist ideologiyası ilə analoqlar vasitəsilə Ukrayna xuntasının mahiyyətini nümayiş etdirir: nasistlərin tərənnümü, nasist atributlarından və simvollarından istifadə, məşəl yürüşlərinin təşkili, ksenofob ədəbiyyatın yayılması, mülki şəxslərə qarşı terror, neonasist birləşmələrinin döyüşçülərinin hazırlanması üçün uşaqların iştirakı da daxil olmaqla təlim bazalarının yaradılması.
Sərgidə Qərbin və onun peyklərinin Ukraynadakı münaqişəyə cəlb olunmasının praktiki nümunələri nümayiş etdirilir. İclas iştirakçıları HIMARS RYAS mərmisinin, "Storm Shadow" qanadlı raketinin, HARM aviasiya antiradar raketinin (ABŞ), Polşa istehsalı olan 60 mm-lik minaatan minasının, Çexiyada istehsal olunmuş RM-70 Vampire RYAS mərmisinin fraqmentlərini görə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.