AZƏRBAYCAN XƏBƏRLƏRİ

Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəlir

Nazir Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 10-cu iclasında iştirak edəcək.
Sputnik
BAKI, 24 aprel — Sputnik. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.
Nazir Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 10-cu iclasında iştirak edəcək.
Qeyd edək ki, ötən ilin fevral ayının 17-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 9-cu iclası keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.