HƏRBİ

Hərbi Dəniz Qüvvələri ilə Fövqəladə Hallar Nazirliyinin birgə təlimi keçirilir - FOTO

Təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.
Sputnik
BAKI, 24 aprel — Sputnik. Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "Dalğa-2024" birgə taktiki təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
HDQ və FHN-nin "Dalğa-2024" birgə taktiki təlimi keçirilir
HDQ və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.