"Ermənistan ilk dəfə olaraq torpaqlarımızın işğalına hərbi əməliyyatlar nəticəsində deyil, diplomatik yollarla son qoyub. Bu, Ermənistanın və onun Qərb havadarlarının irəli sürdüyü Azərbaycanın sülh prosesində qalan çətinlikləri güc yolu ilə həll etmək istədiyi kimi iddialarının əsassız və yalan olduğunu sübut etdi. Biz sülhün tərəfdarıyıq", - Elçin Əmirbəyov qeyd edib.
"Ermənistanın hazırkı milli qanunvericiliyi, o cümlədən onun konstitusiyasında Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Deməli, bu, doğrudan da, Azərbaycana qarşı ərazi iddiasıdır. İlk növbədə, hesab edirəm ki, əgər biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsası kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına ciddi yanaşırıqsa, Ermənistan bu məsələni həll etməlidir. Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın bir çox hallarda Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını təsdiqləməsindən sonra…".
"Bu onu göstərir ki, üç il yarım əvvəl Ermənistanın baş naziri N.Paşinyan İkinci Qarabağ müharibəsinin başa çatması nəticəsində üçtərəfli Bəyannaməni imzalamaqla götürdüyü öhdəlikdən açıq şəkildə kənara çıxır", - Elçin Əmirbəyov bildirib.
"Konkret olaraq, mən birtərəfli yardım və silahların çatdırılması yolu ilə Ermənistanın hərbi potensialını gücləndirmək üçün bəzi Qərb dövlətlərinin yeni təşəbbüslərini nəzərdə tuturam. Düşünürəm ki, bu qeyri-şəffaf üsuldur. Bunlar sülh perspektivləri üçün yaxşı deyil, həm də təhlükəsizlik baxımından bəzi mənfi nəticələr törədə bilər".