RUSİYA

ABŞ-ın yardımının Ukraynanaın maraqları ilə əlaqəsi yoxdur - Matviyenko

Matvienko ABŞ konqresmenlərinin Kiyevə yardım göstərmək qərarının Ukraynanın özünün maraqları ilə heç bir əlaqəsi olmadığını da deyib.
Sputnik
BAKI, 24 aprel — Sputnik. ABŞ Konqresinin Kiyevə kömək etmək qərarı seçki fonunu hansısa formada yumşaltmaq üçün seçki sui-qəsdidir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko RİA Novosti-yə müsahibəsində bildirib.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
"Bilirsiniz, mən bu Amerika seriallarına böyük şübhə ilə baxıram, çünki mən həmişə bu serialların sonunu bilirəm", - siyasətçi qeyd edib.
Matviyenko ABŞ konqresmenlərinin Kiyevə yardım göstərmək qərarının Ukraynanın özünün maraqları ilə heç bir əlaqəsi olmadığını da deyib.
ABŞ Konqresinin Nümayəndələr Palatası şənbə günü böyük səs çoxluğu ilə Ukraynaya təxminən 61 milyard dolların yardımın ayrılması haqqında qanun layihəsini, eləcə də Rusiyanın suveren aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qeyri-dost ölkələr 2022-ci ilin fevralından Rusiyaya qarşı sanksiyalar tətbiq edir, nəticədə həm suveren aktivlər, həm də özəl investorların vəsaitləri dondurulub. Ölkənin 300 milyard dollara yaxın valyuta ehtiyatları dondurulub.