BAKI, 23 aprel — Sputnik. Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb.
Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.
Körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızıdır.
Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil verilib.