BAKI, 23 aprel — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Avropa rəsmiləri ilə söhbətində Ukraynanı Rusiyanın bir hissəsi adlandırıb.
Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp avropalılarla söhbətində Ukraynanı "onların Ukraynası" və ya "Rusiyanın bir hissəsi" adlandırıb.
Amerika rəsmilərinin sözlərinə görə, Tramp uzun illər Kiyevi korrupsiyaya görə tənqid edib. Keçmiş lider, həmçinin tez-tez Vaşinqtonun Ukraynaya dəstəyindən şikayətlənib.
Daha əvvəl "Politico" qəzeti Donald Trampın Ukraynanı sevməməsinin səbəblərini açıqlamışdı. Bu səbəblərin arasında onun seçki qərargahının keçmiş rəhbəri Pol Manaforta qarşı məhkəmə prosesi, 2019-cu ildə Volodimir Zelenski ilə telefon danışığı və başqaları var.