RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu XHƏ başlayandan bəri Ukraynanın itkilərini açıqlayıb

Nazir bildirib ki, USQ xüsusi hərbi əməliyyatın əvvəlindən təxminən yarım milyon hərbçi itirib.
Sputnik
BAKI, 23 aprel — Sputnik. Xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin (USQ) ümumi itkiləri təxminən yarım milyon hərbçi təşkil edib.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Fevralın sonunda nazir bildirib ki, Ukrayna qoşunları gündə orta hesabla 800-dən çox insan və 120 ədəd müxtəlif silahlar (o cümlədən xarici istehsal olanlar) itirir. O zaman Şoyqu qeyd edib ki, xüsusi hərbi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələri 444 mindən çox hərbçi itirib.
Müdafiə naziri XHƏ başlayandan bəri 22 mindən çox Ukrayna pilotsuz uçan aparatının (PUA, dron) məhv edildiyini də vurğulayıb. O, həmçinin hərbi əməliyyat zamanı 3,5 min HIMARS mərmisinin və 600 raketin darmadağın edildiyini qeyd edib.
Sergey Şoyqu bəyan edib ki, 2024-cü ilin əvvəlindən Ukraynada xüsusi hərbi əməliyyat zonasında 403 kvadrat kilometr ərazi Rusiya qoşunlarının nəzarətinə keçib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.