BAKI, 23 aprel — Sputnik. Bu ilin birinci rübündə Rusiya Çinə rekord məbləğdə - 125 milyon dollara taxıl tədarük edərək gəliri 1,7 dəfə artırıb.
“RİA Novosti” bu barədə xəbər verib.
Çin gömrük məlumatlarına görə, yanvar-mart aylarında Rusiya istehsalçıları buğda tədarükünü, təxminən 12 dəfə - 15,8 milyon dollara qədər artırıblar.
Çinə taxıl tədarükü il ərzində 18% azalıb, Rusiya arpasının alışı isə 8,4 dəfə artaraq 60,3 milyon dollar təşkil edib.
Yanvar-mart aylarında Çinin yulaf idxalı 2,7 dəfə artaraq 14,7 milyon dollar, qarabaşaq yarması isə 3,3 dəfə artaraq 20,1 milyon dollar təşkil edib.
Bundan əvvəl Litva altı aylıq fasilədən sonra Rusiya taxılının alışını bərpa edib; 1,95 milyon avro dəyərində 12,2 min ton idxal edilib.