İQTİSADİYYAT

Ölkəmizdə yeni Günəş stansiyası tikiləcək

Mərhələli şəkildə ilkin 60 kvt saat, sonra 450 kvt saat, daha sonra böyük güclərdə qurulması nəzərdə tutulub.
Sputnik
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda yeni Günəş Elektrik Stansiyası qurulacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Kağızın Təkrar Emalı Fabrikinin müdiri Əli Məmmədov bildirib.
O, deyib ki, mərhələli şəkildə ilkin 60 kvt saat, sonra 450 kvt saat, daha sonra böyük güclərdə qurulması nəzərdə tutulub.
“Bununla da gündüz saatlarında ehtiyac olan elektrik enerjisi ekoloji təmiz Günəş enerjisi ilə təmin ediləcəkdir”, - deyə, fabrik rəhbəri bəyan edib.