AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Azərbaycan-Aİİ münasibətləri barədə

Azərbaycan lideri ölkəsinin Aİİ-yə daxil olub-olmayacağı məsələsinə aydınlıq gətirib.
Sputnik
BAKI, 23 aprel — Sputnik. Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmağı planlaşdırmır, lakin Aİİ ölkələri ilə sıx tərəfdaşlıq münasibətləri saxlayır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bizim belə planlarımız yoxdur, lakin deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz”, - Əliyev çərşənbə axşamı ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda deyib.
Onun sözlərinə görə, hər şey ölkənin hansı əlavə iqtisadi fayda əldə edəcəyindən asılı olacaq.
“Onları görsək, qərar qəbul edəcəyik, görməsək, o zaman mövcud olan əməkdaşlıq səviyyəsindən razı qalacağıq. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan bütün ölkələrlə çox sıx tərəfdaşlığı var”, - o, deyib.