İQTİSADİYYAT

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir

Qeydiyyata alınmış sahibkarlıq subyektləri reyestrə daxil ediləcək və həmin subyektlərə reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış veriləcək.
Sputnik
BAKI, 23 aprel — Sputnik. Yeni dövlət rüsumu müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün 150 manat dövlət rüsumu alınacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri qeydiyyata alınacaqlar. Qeydiyyata alınmış sahibkarlıq subyektləri reyestrə daxil ediləcək və həmin subyektlərə reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış veriləcək. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.