RUSİYA

Rusiya aktivlərinin ABŞ tərəfindən müsadirə edilməsinə cavab verəcək

Rusiya Dumasınını spikeri bildirib ki, ABŞ-ın qərarı Kiyev rejiminin qələbəsinə inamın itirilməsi ilə əlaqədardır.
Sputnik
BAKI, 22 aprel — Sputnik. ABŞ parlamentinin Rusiya aktivləri ilə bağlı qəbul etdiyi qərara əsasən, bütün qlobal maliyyə sisteminin əsaslandığı mülkiyyət toxunulmazlığı prinsipinin məhv edildiyini gözləmək olar.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Teleqram" kanalında yazıb.
"Bu cür hərəkətlər presedent yaratmaqla beynəlxalq hüquqa düzəlməz ziyan vuracaq və hər hansı bir dövlət belə hərəkət etmək hüququna malik olacaq" - Dumanın spikeri qeyd edib.
Volodin həmçinin bildirib ki, ABŞ-ın qərarı Kiyev rejiminin qələbəsinə inamın itirilməsi ilə əlaqədardır. Bu baxımdan Vaşinqton yalnız kreditə vəsait verməyə hazırdır.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini Ukraynanın xeyrinə qəbul edib. Xüsusi əməliyyat başlayandan sonra G7 ölkələri Rusiyanın, təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurublar. Təxminən 200 milyard avro Avropa Birliyindədir.