BAKI, 22 aprel — Sputnik. Bütün dünyada müdafiə xərcləri tarixdə ən yüksək səviyyəyə çatıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatından bu qənaətə gəlmək olar.
"Ümumi qlobal müdafiə xərcləri 2023-cü ildə 2,443 milyard dollara çatıb... xərclər ən yüksək həddə çatıblar" - nəşr qeyd edib.
SIPRI-nin məlumatına görə, 2023-cü ildə müdafiəyə ən çox pul xərcləyən ilk on dövlət arasında ABŞ, Çin, Rusiya Federasiyası, Hindistan, Səudiyyə Ərəbistanı, İngiltərə, Almaniya, Fransa, Yaponiya və Ukrayna yer alıblar.
ABŞ bu məqsədlə 916 milyard, Çin isə 296 milyard xərcləyib. Bütün qlobal müdafiə xərclərinin, təxminən yarısını Vaşinqton və Pekinin payına düşüb.
Ötən il Rusiyanın müdafiə xərcləri 2022-ci illə müqayisədə 24 faiz artaraq 109 milyard dollar təşkil edib. 2014-cü ildən bəri Rusiyanın bu sahədəki xərcləri 57 faiz artıb.
Kiyev bu siyahıda səkkizinci yerdədir. 2023-cü ildəki rəqəm 64,8 milyard dollar olub, 2014-2023-cü illər arasında Ukraynanın hərbi xərcləri 1270 faiz artıb.
Qeyd edək ki, Amerikanın müdafiə texnologiyaları konsaltinq şirkəti "Forecast International"ın məlumatına görə, 2023-cü ildə qlobal müdafiə xərcləri ilk dəfə olaraq iki trilyon dolları keçərək 2,12 trilyon dollar təşkil edib.