DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşa avronu tətbiq etməməlidir, çünki avrozonada problemlər həddən artıq çoxdur – Duda

Polşa kimi 2004-cü ildə Avropa İttifaqına qoşulan on dövlətdən üçü - Polşanın özündən əlavə, Macarıstan və Çexiya hələ də avro ilə hesablaşmalara keçməyiblər.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Polşa avronu dövriyyəyə buraxmamalıdır, çünki avrozonada çoxlu problemlər var.
Bu barədə ölkə Prezidenti Anjey Duda "Fakt" nəşrinə müsahibəsində bildirib.
"Bizdə Polşa zlotu var. Milli valyutamız konstitusiyamıza uyğundur ki, bu da maliyyə və valyuta təhlükəsizliyinin müəyyən bir yastığına zəmanət verir. O, həmçinin bizə müstəqillik və böhran hallarında hərəkət etmək imkanı yaradır. Avro zonasının problemləri bu gün bizə lazım deyil" - Polşa prezidenti bildirib.
Xatırladaq ki, Polşa kimi 2004-cü ildə Avropa İttifaqına qoşulan on dövlətdən üçü - Polşanın özündən əlavə, Macarıstan və Çexiya hələ də avro ilə hesablaşmalara keçməyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.