RUSİYA

Avrasiyada yeni gərginlik nöqtələrinin yaranmasına cəhd edilir - Tasmaqambetov

KTMT-nin baş katibi bildirir ki, Avrasiyada hərbi-siyasi vəziyyətə və vəziyyətin gərginləşməsinə getdikcə daha çox amillər təsir edir.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Avrasiyada geosiyasi mübarizənin güclənməsi ilə bağlı yeni gərginlik nöqtələrinin yaranmasına gətirib çıxarır. Bunu TASS-a KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
"Təbii ki, geosiyasi transformasiyalar və müasir kollektiv münasibətlər sistemində baş verən dəyişikliklər KTMT-yə təsir edir", baş katib bildirib.
"Avrasiyada hərbi-siyasi vəziyyətə və vəziyyətin gərginləşməsinə getdikcə daha çox amillər təsir edir. Burada geosiyasi mübarizə yeni gərginlik nöqtələrinin yaranmasına və köhnə problemlərin kəskinləşməsinə səbəb olur" - Tasmaqambetov əlavə edib.
26.10.23, 21:50
Lavrov: Rusiya Avrasiya təhlükəsizliyi ilə bağlı Qərblə danışmağa hazırdır
Rusiya Qərblə Avrasiya təhlükəsizliyi ilə bağlı danışmağa hazırdır, lakin hazırda əksər ölkələrlə bu məsələdə ünsiyyət üçün heç bir perspektiv yoxdur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Avrasiya qitəsi üzrə Qərb qonşularımızın bu perspektivinə gəldikdə, onlar tam, demək olar ki, əksəriyyəti Vaşinqtona tabedir və bu ölkələrin böyük əksəriyyəti ilə mənalı söhbət perspektivlərini bu gün görmürük, onlar nəzərdə tutulmayıblar. Amma prinsipial cəhətdən bunu bir daha vurğulamaq istəyirəm - əgər qitə üzrə Qərb qonşularımız özlərində müstəqil olmaq üçün güc tapsalar, biz həmişə birgə işə hazırıq", - deyə nazir "Avrasiya təhlükəsizliyi: reallıq və dəyişən dünyada perspektivlər" adlı Beynəlxalq yüksək səviyyəli konfransda çıxış edərkən söyləyib.
O, həmçinin qeyd edib ki, ölkələr Avrasiya təhlükəsizlik sistemini qurmaq üçün "nəhəg iş" görməlidirlər.