CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyavuş Novruzovdan uşaqların I sinfə müsahibə ilə qəbuluna etiraz: Bu hansı qanunda var?

Deputat deyib ki, şagird məktəbə dərs öyrənmək üçün gəlir. Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?!
Sputnik
BAKI, 21 aprel — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov uşaqların I sinfə müsahibə ilə qəbul olunması məsələsinə etirazını bildirib.
Komitə sədri parlamentin aprelin 19-da keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna təklif olunan dəyişiklərin müzakirəsi zamanı ölkədə 9 illik təhsilin icbari olduğunu vurğulayıb.
S.Novruzov deyib ki, şagird məktəbə dərs öyrənmək üçün gəlir:

"Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?! Vaxtilə Rusiya çarı Aleksandr manifest qəbul etdi və camaatı evindən dartıb məktəbə gətirirdilər. İndi isə insanların məktəbə gəlməyib evdə oturmasını istəyirlər".

“Əgər məktəbəqədər təhsil müəssisələrin sayı əhatə dairəsinə görə Bakıda 25%, rayonlarda isə 10%-i keçmirsə, bu uşaq harda təhsil almalıdır? İndira Qandinin vaxtına qədər Hindistanda belə qanun var idi ki, ancaq varlılar oxuya bilər. Vətəndaş övladını evinə yaxın məktəbə gətirir, uşağın birinci sinifdən qeydiyyatdan keçirməyə böyük ansambl düzülüb, müsabiqə keçirirlər. Nə müsabiqə keçirir? Harada göstərilib bu? Hansı qanunda yazılıb? Hərə özündən qanun qəbul edib, təhsilə mane törətməsin”, - komitə sədri əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.