SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
Sputnik
BAKI, 20 aprel - Sputnik. Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkədə yazıb.
“Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürüldüyü iki ölkə arasında sərhədlərin delimitasiyası razılaşmasını alqışlayırıq. Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”, – siyasətçi nəql edib.
Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
SİYASƏT
Quttereş Azərbaycan və Ermənistana çağırış edib