BAKI, 20 aprel - Sputnik. Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.
“Report” xəbər verir ki, onun barəsindəki cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.
Xatırladaq ki, ötən ilin oktyabrında Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Muradov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Arif Muradov I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnikdir.