RUSİYA

Lavrov: Rusiyanın Avropaya hücum etməsinin mənası yoxdur

Rusiyanın Xarici işlər naziri qeyd edib ki, seçkilər yaxınlaşdıqca Qərb siyasətçilərinin Rusiyaya qarşı çıxışları daha da sərtləşib.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Rusiyanın Qərb dövlətlərinə hücum etməsinin mənası yoxdur. Ordakı siyasətçilər qarşıdan gələn seçkilərdə müxalifət qüvvələrinin qələbə qazanmasının qarşısını almaq üçün sakinləri “Rusiya təhlükəsi” ilə qorxudurlar.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sputnik” radiosuna, “Komsomolskaya Pravda” və “Moskva danışır”a müsahibəsində söyləyib.
“Sadəcə qorxutmaq və vahimə yaratmaq üçün... Onlara hücum etməyimizin mənası yoxdur”, – Lavrov bildirib .
Rusiyanın Xarici işlər naziri qeyd edib ki, seçkilər yaxınlaşdıqca Qərb siyasətçilərinin Rusiyaya qarşı çıxışları daha da sərtləşib.
Onun sözlərinə görə, xüsusi əməliyyat başlayanda ABŞ və Avropada bəziləri deyirdilər ki, Ukrayna NATO-ya qəbul edilsəydi, o zaman Rusiya Prezidenti Vladimir Putin Şimali Atlantika Alyansına “hücum etməyə cürət etməzdi”.
"İndi də deyirlər: Ukrayna uduza bilməz, çünki uduzsa, Putin dərhal NATO-ya hücum edəcək”, - Lavrov əlavə edib.
Daha əvvəl Rusiya XİN rəhbəri bəyan etmişdi ki, Qərbin Rusiyanı məğlub etmək mövzusunu eskalasiya etməsi onların döyüşkənliyinin təzahürü deyil, əzab və isterikasıdır.