BAKI, 20 aprel - Sputnik. Aprelin 23-dən 26-dək Bakıda Qırğızıstanın Mədəniyyət Günləri keçiriləcək.
Nümayəndə heyətinə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov rəhbərlik edəcək.
Tədbir çərçivəsində Qırğızıstan zərgərlik məmulatları, milli sənətkarlıq, mətbəx, geyim, kino günlərinin sərgisinin açılışı olacaq. “Manas” Milli Teatrının, Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının və Qırğızıstan Milli Filarmoniyasının, Çoro Kojomjarov adına Simfonik Orkestrinin, “Ak-Maral” rəqs ansamblının və “Muras” folklor-etnoqrafik ansamblının artistlərinin çıxışları gözlənilir.
Açılış Nizami Kino Mərkəzində baş tutacaq.