BAKI, 20 aprel — Sputnik. Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Bu marşrut xətti "Dərnəgül" metrostansiyası - Süyleyman Rüstəm küçəsi ("28 Mall" ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq.
"33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq", - məlumatda deyilir.
***
Bakıda "Savalan" yaşayış massivi-"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində sərnişindaşımanı həyata keçirən 139 nömrəli müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Müsabiqənin nəticələrinə əsasən, "BakuBus" MMC qalib gəlib.
"İyulun 24-dən bu xətt üzrə daşımalar müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə marşrutdan istifadə edən 12 000 nəfərdən artıq sakinin keyfiyyətli ictimai nəqliyyatdan istifadə imkanları təmin ediləcək və ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - Agentliyin məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.