RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Artıq Avropanın Ukraynaya kömək edəcək resursları yoxdur - Pavel

Avropa ölkələri ABŞ-dan Ukraynaya hərbi dəstək məsələsində düzgün addım atmasını gözləyirlər.
Sputnik
BAKI, 20 aprel - Sputnik. Avropa ölkələrinin artıq Ukraynaya yardım göstərmək üçün kifayət qədər resursları yoxdur.
Bu barədə Çexiya Prezidenti Petr Pavel bildirib.
“Çexiya və digər ölkələrin artıq Ukraynaya vermək üçün kifayət qədər ehtiyatı yoxdur. Ona görə də biz bu silahları hələ də haradan əldə etmək mümkün olduğunu axtarmağa başlayırıq”, – Pavel sözünə davam edib.
Çexiya prezidenti vurğulayıb ki, Ukraynaya bütün yardımların ən azı 50%-i təkcə ABŞ-dan gəlir və Vaşinqtonun Kiyevə etdiyi yardımı Avropa əvəz edə bilməz.
O, həmçinin qeyd edib ki, Avropa ölkələri ABŞ-dan Ukraynaya hərbi dəstək məsələsində düzgün addım atmasını gözləyirlər.
Bundan əvvəl məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya və Amerikanın digər müttəfiqlərinə hərbi yardım göstərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.