BAKI, 19 aprel — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi taksilərin kütləvi cərimə meydançasına aparılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə taksilərin toplu şəkildə cərimə meydançasına aparılması ilə bağlı iddiaları əks etdirən görüntülər yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, görüntülərdə videonu çəkən şəxs takislərin artıq cərimə meydançasına aparılmağa başlandığını bildirib.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli deyib ki, videonu paylaşan şəxsin cərimə borcları olduğuna görə avtomobili cərimə meydançasına aparılıb.
"Avtomobilin duracağa aparılması cərimə ilə bağlıdır" - T.Nəsirli bildirib.