BAKI, 19 aprel — Sputnik. İranın Parisdəki konsulluğuna daxil olaraq bomba hədəsi edən şəxsi polis saxlayıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən BFMTV kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, cinayətkar BRİ Xüsusi İstintaq və Çevik Hücum Briqadasının əməkdaşları tərəfindən dindirilir.
Kişinin özünün polisə təslim olduğu qeyd edilir. Onun üzərində heç bir partlayıcı tapılmayıb.
BFMTV-nin əlavə etdiyi məlumata görə, saxlanılan şəxs bu yolla qardaşının qisasını almağa qərar verdiyini bildirib.
Bu niyyətin İran-İsrail münaqişəsi, yoxsa İslam Respublikasındakı daxili siyasi vəziyyətlə bağlı olduğu açıqlanmır.