RUSİYA

Medvedev Zelenskiyə sui-qəsddən yazdı: Qorx, təlxək!

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirir ki, bu Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Polşada Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsd cəhdinə hazırlıq barədə xəbərlər Qərbin onu məhv etmək qərarına gəldiyinin ilk sübutu ola bilər. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.
"Polşada əsas Bandera üzvünün həyatına qəsd? Bax bu, həqiqətən ciddi məsələdir. Klounun ciddi təşviş üçün əsası var. Çox güman ki, bu, Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər. Qorx, təlxək!" - Medvedev yazıb.
Qeyd edək ki, Polşada Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə Vladimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata görə, onun planı Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, Rusiyaya ötürmək olub. Bildirilib ki, güya burada Ukrayna liderinin ölkəyə səfəri zamanı ona sui-qəsd planı cızılıb.