SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Putinlə görüşmək üçün Rusiyaya səfər edəcək

Prezidentlər həm də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar. Kremlin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan lideri Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.
"Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır" - Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti xəbər verir.
Prezidentlər Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər. Bu barədə Kremlin bəyanatında deyilir.