DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"TikTok"un fəaliyyəti dayandırıldı

Bununla əlaqədar olaraq departament Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək ölkədə "TikTok"a girişin məhdudlaşdırılmasını tələb edib.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Qırğızıstanda "TikTok"un fəaliyyəti dayandırılıb. Bu barədə "Sputnik" Qırğızıstan xəbər yayıb. Bildirilib ki, artıq həm mobil cihazlardan, həm də kompüterlərdən sosial şəbəkəyə daxil olmaq, demək olar ki, mümkün deyil.
Bundan əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi sözügedən sosial şəbəkəni uşaqların sağlamlığına, onların intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurduğu iddiası ilə xidməti bloklamağı xahiş etmişdi.
Bununla əlaqədar olaraq departament Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə "TikTok"a girişin məhdudlaşdırılmasını tələb edib.
Qeyd edək ki, ölkədə sosial şəbəkənin bloklanması ideyası ilk dəfə 2023-cü ilin avqustunda irəli sürülüb. Lakin bu günə qədər heç bir tədbir görülməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.