RUSİYA

Rusiya İsrail və İranı maksimum təmkinli olmağa çağırır - XİN

Görüşdə Qəzza zolağındakı vəziyyətə də nəzər yetirilib, Fələstin-İsrail münaqişəsinin həlli, o cümlədən girovların azad edilməsinin vacibliyi vurğulanıb.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Aprelin 18-də Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İsrail Dövlətinin Moskvadakı səfiri Simone Halperini qəbul edib. Görüş İsrail tərəfinin istəyi üzrə baş tutub.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, arxiv şəkli
Söhbət zamanı Yaxın Şərq münaqişə zonasında yaranan vəziyyət müzakirə edilib. Aprelin 14-də İranın İsrail ərazisinə cavab hücumu ilə bağlı gərginliyin kəskin artmasına xüsusi diqqət yetirilib. Eyni zamanda, Rusiya tərəfi İsrail və İranı maksimum təmkinli olmağa çağırıb.
Görüşdə Qəzza zolağındakı vəziyyətə də nəzər yetirilib, Fələstin-İsrail münaqişəsinin həlli, o cümlədən girovların azad edilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, Rusiya-İsrail münasibətlərinin gələcək inkişafının bir sıra aktual məsələlərinə, o cümlədən siyasi dialoqun qorunmasına toxunulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.