"Halbuki bu fəaliyyətləri Ermənistan öhdəlik olaraq üzərinə götürmüşdü. Ermənistanın bu öhdəliyini Azərbaycan öz imkanları hesabına yerinə yetirdikdən sonra ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin fəaliyyət çərçivəsi də məhdudlaşdı. Artıq erməni tərəfi bölgədə olmadığına görə qarşı tərəf anlayışı və atəşkəsi pozacaq qüvvə də yoxdur. Odur ki, Rusiya kontingetinin vaxtından 15 ay əvvəl çıxarılması prosesi həyata keçirilir. Artıq bilindiyi kimi, hər iki ölkənin ali rəhbərliyi tərəfindən bu proses razılaşdırılıb".
"Kontingentin böyük bir hissəsi Xocalı aeroportu ərazisində yerləşmişdi. Xocalı aeroportu bölgədə strateji əhəmiyyətə malikdir və onun Azərbaycanın nəzarətinə keçməsi önəmlidir. Anti-terror əməliyyatı və ondan sonrakı dövrdə Rusiya sülhməramlı kontingenti və Azərbaycan tərəfi arasında heç bir fikir ayrılıqları olmayıb. Maraqlıdır ki, bəziləri Rusiya kontingentinin Azərbaycan ərazilərini tərk etməsinin böyük kataklizmlər vəd etdiyini deyirdi. Bu proqnozlar suya düşüb. Təxminən 27 zirehli transportyor (BTR-82), 16 yük maşını və şəxsi heyətin Azərbaycan ərazilərini tərk etmə prosesi başlayıb. Prosesin sentyabrın sonuna qədər başa çatması gözlənilir".
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər" - H.Hacıyev bildirib.