BAKI, 18 aprel — Sputnik. Aprelin 16-na keçən gecə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bu bölgə üçün nadir olan güclü yağışlar yağıb. Xüsusilə, Əbu-Dabinin Əl-Ayn şəhərində 24 saatdan az müddətdə 254,8 mm yağış yağıb. Hökumət vətəndaşlara çox zərurət olmadıqca evlərini tərk etməməyi tövsiyə edib.
BƏƏ-də yağan güclü yağışlar nəticəsində əsas magistral yollar və küçələr su altında qalıb. Təcili yardım xidmətləri Əbu-Dabi, Dubay, Şarja və Ras Əl-Xaymada bir neçə yolu bağlayıb.
Dubay polisi sürücülərə pis hava şəraitində yollara çıxmamağı tövsiyə edib. Yerli hakimiyyət orqanları ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırmağa məcbur olub və metro fasilələrlə işləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.