VİDEO

Bakı sakinləri maaşlarından razıdırmı - SORĞU

İnsanlar qazanclarından nə dərəcədə razıdırlar və respublikada işə düzəlmək nə qədər asandır – "Sputnik Azərbaycan"ın videosunda baxın.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Məşğulluq və əməkhaqqı əmək qabiliyyətli əhalinin ən aktual problemidir. "Sputnik Azərbaycan"ın müxbiri mövzu ilə bağlı sorğu keçirib. O, paytaxt sakinlərinin qazanclarından nə dərəcədə razı olduqlarını və Azərbaycan Respublikasında işə düzəlməyin asan olub olmadığını öyrənmək qərarına gəlib.
Sorğuda iştirak edənlərin fikirləri, həmişə olduğu kimi, haçalanıb . Bəziləri maaşın onlara uyğun olduğunu iddia ediblər. Lkin onların fikrincə, yaxşı maaşla işə düzəlmək çox çətindir. Digərləri isə əksinə, qazanclarından qətiyyən razı deyillər, lakin iş tapmağın o qədər də çətin olmadığına inanırlar.

"Əgər insanın iş təcrübəsi varsa və səriştəlidirsə, işə düzəlmək o qədər də çətin deyil", - respondentlərdən biri cavab verib.

Daha ətraflı məlumat üçün videomuza baxın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.