RUSİYA

Rusiya 235 Avstraliya vətəndaşına qarşı sanksiya tətbiq edib - RF XİN

XİN əlavə edib ki, rəsmi Kanberra anti-Rusiya kursundan əl çəkmək niyyətində deyil və yeni sanksiya tədbirləri tətbiq etməyə davam etdiyi üçün Rusiya stop-listinin yenilənməsi üzrə iş davam etdiriləcək.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Moskva Kanberranın hərəkətlərinə cavab olaraq bələdiyyə deputatları da daxil olmaqla 235 Avstraliya vətəndaşına qarşı sanksiya tətbiq edib və onların Rusiyaya girişi qadağan edilib. Bu barədə Rusiya XİN məlumat yayıb.
"Avstraliya hökuməti tərəfindən kollektiv Qərbin rusofobik kampaniyası çərçivəsində tətbiq edilən Rusiya fiziki və hüquqi şəxslərinə qarşı siyasi motivli sanksiyalara cavab olaraq, ölkəmizə daxil olan əlavə 235 avstraliyalının ölkəmizə girişi bağlanıb. Bu ölkədə bələdiyyə məclislərinin deputatları anti-Rusiya gündəmini formalaşdırır", - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.