Qarabağın dirçəlişi və reinteqrasiyası

Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda qeyd olunub.
Sputnik
BAKI, 17 aprel - Sputnik. Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayaraq həyata keçirəcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda qeyd olunub.
Xatırladaq ki, 2023-cü il noyabrın 10-da İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.