HƏRBİ

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib

Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.
Sputnik
BAKI, 17 aprel - Sputnik. Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində müəyyən edilən kvadrokopter bölmələrin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.
11.03.24
Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib" - məlumatda vurğulanıb.
08.10.23
Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.