HADİSƏ

Dumanlı hava şəraiti müşahidə olunur

Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub.
Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.
10.04.24
Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm olub.
Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 11 mm, Şahbuzda 7 mm, Ordubad, Sədərəkdə 5 mm, Culfada 2 mm, Yevlax, Göygöl və Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 19 dərəcəyədək, Aran rayonlarında 18-22 dərəcəyədək, dağlıq rayonlarda 13-16 dərəcə isti olub.
08.04.24, 10:17
Saat 8:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.
Bu barədə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qar örtüyünün hündürlüyü Şahdağda 27 sm olub.
Yağıntının miqdarı Naxçıvanda 15 mm, Culfada 12 mm, Şahbuzda 11 mm, Biləsuvar, Ordubad, Cəfərxan, Qax, Yardımlı, Balakən, Zaqatala, Lerik, Oğuz, Şəmkir, Göygöl, Daşkəsən, Sabirabad, Gəncə, Şəki, Gədəbəy, Qrız, Mingəçevir, Beyləqan, İmişli, Qəbələ, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Neftçala, Lənkəran, Astara, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.