DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell: Ukrayna və Qəzzada münaqişəyə fərqli reaksiyalar "Aİ-yə baha başa gəldi"

Qəzzadakı vəziyyətdə Aİ İsraillə yaxın münasibətlərə baxmayaraq, döyüşləri dayandıra və girovların azad edilməsinə şərait yarada bilməyib
Sputnik
BAKI, 16 aprel — Sputnik. Avropa İttifaqının Ukrayna və Qəzza zolağındakı münaqişələrə kökündən fərqli reaksiyası Aİ-yə ərəb ölkələri, Afrika və qeyri-Qərb dünyasının digər regionları ilə münasibətlərində "baha başa gəlib".
Bunu Avropa diplomatiyasının rəhbəri Cosep Borrell deyib. Onun sözləri Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub.
O, Ukrayna məsələsində Avropanın "Aİ ölkələri arasında birlik olduğu üçün qətiyyətlə hərəkət etdiyini" iddia edib. Eyni zamanda, on minlərlə insanın həlak olduğu Qəzzadakı vəziyyətdə Aİ İsraillə yaxın münasibətlərə baxmayaraq, döyüşləri dayandıra və girovların azad edilməsinə şərait yarada bilməyib.
Borrell əmindir ki, Avropa İttifaqı gələcəkdə "dünyanın qalan hissəsi Qərbə qarşı" adlı birliyin möhkəmlənməsinin qarşısını almaq üçün hər şeyi etməlidir. Bunun üçün avropalılar "hər yerdə və yalnız sözlə deyil" prinsipinə əməl etməlidirlər" - siyasətçi qeyd edib.
Bundan əvvəl Cosep Borrell etiraf etmişdi ki, Aİ Ukraynanı ukraynalılara məhəbbətinə görə deyil, öz maraqlarına və ABŞ-ın maraqlarına görə dəstəkləyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, bu cür mülahizələrin 1942-ci ildə işğal olunmuş Ukraynanın reyx komissarı Erix Koxun sözləri ilə çox oxşarlığı var.