BAKI, 17 aprel — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) müdafiə xətti bu yay Rusiya qoşunlarının hücuma başlayacağı zaman çökə bilər.
Bu barədə Rusiya mediası "Politico" qəzetinə istinadən xəbər verib.
"Onlar bu yay, böyük sayda üstünlüyə sahib olan Rusiyanın hücuma başlayacağı vaxt müdafiə xəttinin mümkün dağılması ilə bağlı acınacaqlı proqnoz veriblər" - nəşr USQ-nin hərbçilərinə istinadən yazır.
Ukraynalı zabitlər həmçinin kəskin təchizat çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələrinin mənəvi ruhunun pozulacağından qorxurlar. Məqalədə qeyd olunur ki, Qərb Ukraynaya lazım olanı təklif edə bilməz.
Bu yaxınlarda nəşr yazıb ki, Rusiya hərbçiləri bir yerə cəmləşmiş zərbə endirəcəyi təqdirdə USQ-nin müdafiəsi çökəcək. Qəzet Ukraynanın yüksək rütbəli hərbçilərinə istinadən bəyan edib ki, Ukrayna müdafiəsinin irəliləməsinə mane olan amillər Rusiya ordusunun üstünlüyü və aviabombalardan kütləvi istifadədir.
Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş zonasında mövqeyi mürəkkəb olaraq qalır. Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk istiqamətində vəziyyətin çətinləşdiyini etiraf edib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, 2024-cü ilin əvvəlindən Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) zonasında 403 kvadrat kilometr ərazi Rusiya qoşunlarının nəzarətinə keçib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.