BAKI, 16 aprel — Sputnik. Çin prezidenti Si Cinpin Ukrayna böhranının nəzarətdən çıxmasının qarşısını almaq və mümkün qədər tez sülhü bərpa etmək üçün dörd prinsip təklif edib. Bu barədə Çin dövlətinin başçısı Pekində Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
Tərəflər Ukrayna böhranı ilə bağlı dərin fikir mübadiləsi aparıblar.
"Birincisi, sülhün və sabitliyin qorunub saxlanmasını prioritet hesab etməliyik və eqoistcəsinə mənfəət güdməkdən çəkinməliyik. İkincisi, odun üstünə yağ tökməkdənsə, vəziyyəti soyutmalıyıq. Üçüncüsü, sülhün bərpası üçün şərait yaratmalı və gərginliyi daha da artırmamalıyıq. Dördüncüsü, biz qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmaqdan çəkinməliyik", Çin lideri bildirib.
Si Cinpin
© AFP 2024 / ANTHONY WALLACE
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.