DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın İsrailin əks tədbirlərinə cavabı çevik və əhatəli olacaq - Səfir

İsrail ordusunun məlumatına görə, İran 170-ə yaxın pilotsuz təyyarə, 30-dan çox qanadlı raket və 120-dən çox ballistik raket daxil olmaqla ümumilikdə 300-dən çox hərbi sursat və PUA-nı havaya buraxıb.
Sputnik
BAKI, 16 aprel — Sputnik. İran regionda eskalasiyaya can atmır, İsrailə qarşı əməliyyatın bağlanmasından sonra məsələ bağlanıb, onun sözlərinə görə, Tehranın Tel-Əvivin əks tədbirlərinə reaksiyası tez və əhatəli olacaq. Bunu İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə deyib.
"İran İslam Respublikasının zərbəsi zəruri, mütənasib olub və yalnız İranın Dəməşqdəki konsulluğuna terror hücumunda istifadə edilən hərbi hədəflərə yönəlib. İran silahlı qüvvələri iqtisadi mərkəzlərə və mülki əhalinin məskunlaşdığı ərazilərə zərbələr endirməyib. Bu əməliyyatla İran İslam Respublikası regionda münaqişəni qızışdırmağa çalışmır. Buna görə də İran bu məsələnin onun üçün bitdiyini bəyan edib, lakin sionist rejim əks tədbirlər görsə, reaksiyası tez və əhatəli olacaq" - iranlı səfir bildirib.
Onun sözlərinə görə, İran İslam Respublikası İsrail rejimini istənilən hərbi avantüralara qarşı xəbərdar edib, rəsmi Tehranın suverenlik, ərazi bütövlüyü və xalqın təhlükəsizlik və milli maraqların pozulmasının qarşısını almaq və istənilən təhlükəyə müvafiq qaydada cavab vermək əzmində olduğunu vurğulanıb.
İran Silahlı Qüvvələrinin elit bölməsi İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-nə keçən gecə İsrailə cavab olaraq bu ölkənin ərazisinə zərbələr endirib. Müxtəlif mənbələrə görə hücumda bir neçə yüz raket və pilotsuz uçuş aparatı, o cümlədən Şahed kamikadze pilotsuz uçan aparatları, Fəttah və Fəttah-2 hipersəs raketləri istifadə edilib. İranın dövlət televiziya kanalı Press TV bütün hipersəs raketlərinin hədəflərinə çatdığını bildirib.
İsrail ordusunun məlumatına görə, İran 170-ə yaxın pilotsuz təyyarə, 30-dan çox qanadlı raket və 120-dən çox ballistik raket daxil olmaqla ümumilikdə 300-dən çox hərbi sursat və PUA-nı havaya buraxıb. Eyni zamanda, İsrail yalnız "bir neçə raketin" ölkəyə çatdığını və "kiçik ziyana" səbəb olduğunu bildirir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranın "Doğru vəd" əməliyyatını başa çatdırdığını və onu davam etdirməyi planlaşdırmadığını, lakin İsrailin hər hansı tədbir görəcəyi təqdirdə İranın növbəti əməliyyatının əvvəlkindən daha geniş olacağını bildirib.
İsrail müdafiə naziri Benni Qantz bildirib ki, ölkə İran təhlükəsinə qarşı regional koalisiya yaratmaq və hücuma lazımi vaxtda və şəkildə cavab vermək niyyətindədir. İsrail hökumətinin yaxın gələcəkdə növbəti addımlar barədə qərar verəcəyi gözlənilir.
15.04.24, 16:57
İran XİN rəhbəri İsrailə xəbərdarlıq edib
İsrail Tehranla münasibətləri gərginləşdirmək avantürasını davam etdirmək qərarına gələrsə, ildırım sürəti ilə və daha geniş miqyaslı cavab alacaq. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan almaniyalı həmkarı Annalena Baerbok ilə telefon danışığı zamanı deyib.
O, həmçinin vurğulayıb ki, Tehranın ilk növbədə məqsədi İsraili İranın qırmızı xətlərini keçməyin potensial nəticələri barədə xəbərdar etməkdir.
İran Silahlı Qüvvələrinin elit bölməsi İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-nə keçən gecə İsrailə cavab olaraq bu ölkənin ərazisinə zərbələr endirib. Müxtəlif mənbələrə görə hücumda bir neçə yüz raket və pilotsuz uçuş aparatı, o cümlədən Şahed kamikadze pilotsuz uçan aparatlar, Fəttah və Fəttah-2 hipersəs raketləri istifadə edilib. İranın dövlət televiziya kanalı Press TV bütün hipersəs raketlərinin hədəflərinə çatdığını bildirib.
İsrail ordusunun məlumatına görə, İran 170-ə yaxın pilotsuz təyyarə, 30-dan çox qanadlı raket və 120-dən çox ballistik raket daxil olmaqla ümumilikdə 300-dən çox hərbi sursat və PUA-nı havaya buraxıb. Eyni zamanda, İsrail yalnız "bir neçə raketin" ölkəyə çatdığını və "kiçik ziyana" səbəb olduğunu bildirir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranın "Doğru vəd" əməliyyatını başa çatdırdığını və onu davam etdirməyi planlaşdırmadığını, lakin İsrailin hər hansı tədbir görəcəyi təqdirdə İranın növbəti əməliyyatının əvvəlkindən daha geniş olacağını bildirib.
İsrail müdafiə naziri Benni Qantz bildirib ki, ölkə İran təhlükəsinə qarşı regional koalisiya yaratmaq və hücuma lazımi vaxtda və şəkildə cavab vermək niyyətindədir. İsrail hökumətinin yaxın gələcəkdə növbəti addımlar barədə qərar verəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.