BAKI, 16 aprel — Sputnik. Qlobal Cənub və Şərq ölkələri Rusiyanın beynəlxalq informasiya təhlükəsizliyinin inkişafına yanaşmalarını dəstəkləyir. Bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Sergey Verşinin Soçidə keçirilən informasiya forumunun iştirakçılarına müraciətində bildirib.
Soçidə 11-ci Cənub İnformasiya Təhlükəsizliyi Forumu keçirilir. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin iclas iştirakçılarına oxunan salamlama nitqində müasir İKT-nin (informasiya və kommunikasiya texnologiyaları - red.) iqtisadiyyatın inkişafında həmişəkindən daha əhəmiyyətli rol oynadığını, sosial sahə və dövlət idarəçiliyindəki rolunu qeyd edib.
O, forumun beynəlxalq informasiya təhlükəsizliyi sahəsində Rusiyanın təşəbbüs və yanaşmalarının təşviqinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.