RUSİYA

Peskov: Rusiya və Türkiyənin müzakirə edəcəyi çox məsələ var

Rusiya Prezidenti Vladimir Putinin aprelin sonuna qədər Türkiyəyə səfər edə biləcəyi gözlənilir.
Sputnik
BAKI, 16 aprel — Sputnik. Rusiya və Türkiyənin müzakirə edəcəyi çoxlu mövzular, o cümlədən Qara dənizdə gəmiçiliklə bağlı məsələlər var.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
Bundan əvvəl "Reuters" agentliyi Kiyevin Qara dənizdə təhlükəsizlik razılaşmasını pozduğunu yazmışdı. Danışıqlar Türkiyənin təşəbbüsü ilə Moskva və Kiyevlə aparılıb. Ankara vasitəçi kimi çıxış edib.
Bu məlumatı şərh etmək xahiş edildikdə, Peskov "deməyə sözüm yoxdur" cavabını verib.
"Ölkələr arasında münasibətlərin gündəmində çox məsələ, o cümlədən gəmiçilik mövzusu var. Amma bu məsələ ilə bağlı konkret deyəcək heç nəyim yoxdur" - Kreml nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin aprelin sonuna qədər Türkiyəyə səfər edə biləcəyi gözlənilir. Ehtimallara görə, o, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla taxıl dəhlizinin yenidən açılması ilə bağlı addımları müzakirə edəcək.