HADİSƏ

Gəncədə daha bir məktəbdə insident baş verib

Bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib.
Sputnik
BAKI, 16 aprel — Sputnik. Gəncədə şagirdin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı araşdırma aparılır. Sputnik Azərbaycan-a bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, tezliklə məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədova Sputnik Azərbaycan-a bildiririlib ki, Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır:
"Hal-hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər".
Qeyd edək ki, bundan əvvəl də Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qarşısında bıçaqlanma şagirdin ölümü ilə nəticələnmişdi.