CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb

Qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah və 3 456 boşanma halları qeydə alınıb.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah və 3 456 boşanma halları qeydə alınıb.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.