HADİSƏ

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib

İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Sputnik
BAKI, 14 aprel - Sputnik. TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.
"Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
16:18
İmişli şəhərində iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un məlumatına görə, hadisə 5 saylı orta məktəbin ərazisində baş verib.
Belə ki, təhsil ocağının ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub.
Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.